Tarix aylığına start verildi
Artıq 10 gündür ki, məktəbimizdə tarix aylığına start verilmişdir. Aylıq çərçivəsində tarix dərslərinin dinlənilməsi, tarix fənni üzrə məqbulların keçirilməsi, təqdimat müsabiqələrinin, bilik yarışlarının keçirilməsi, tarixi yerlərə ekskursiyalar nəzərdə tutulur. Şagirdlər maraqlı tarixi məlumatlarla zəngin olan divar qəzetləri hazırlayaraq təhvil vermişlər. Məktəbin dəhlizində qədim tarixi eksponatlardan ibarət sərgi düzəldilmişdir.