PASCH layihəsinin 10 illik yubileyi qeyd olundu

     Dekabrın 5-də şagirdlərimiz Rəşid Behbudov adına Mahnı teatrında PASCH layihəsi çərçivəsində keçirilən böyük konsert proqramında çıxış etdilər. Tədbir PASCH layihəsinin 10 illik yubileyinə həsr olunmuşdu. Şagirdlərimiz  Qrimm qardaşlarının "Ağbəniz və 7 cırtdan" nağılı əsasında tamaşa hazırlamışdılar. Şagirdlərimizin alman dilində səlis danışığı, aktyorluq məharəti böyük rəğbətlə qarşılandı. Rəngarəng kostyumlar, səhnədə yaradılmış yüksək əhval-ruhiyyə tamaşaya xüsusi rəng qatdı.Tədbirdə Almaniya səfirliyinin və PASCH layihəsinin nümayəndələri iştirak etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi