Kimya fənni üzrə nümunəvi duet dərs keçirildi
Bu gün məktəbimizdə kimya fənni üzrə nümunəvi duet dərs keçirildi. Dərs Cozef Lui Prustun “Maddə tərkibinin sabitliyi qanunu”na həsr olunmuşdu. Kimya müəllimi Gültəkin Qayayeva tədqiqat sualını ekranda işıqlandırdı. 10-cu sinif şagirdləri Qəzənfər Nağızadə və Jalə Əkbərova dərsdə aparıcı və moderator qismində iştirak edirdilər. Şagirdlər “Molekul”, “İndeks”, “Atom”, “Formul” qruplarına bölündülər. Hər qrupa Cozef Lui Prust və onun sabitlik qanunu haqqında təqdimat hazırlamaq tapşırıldı. Şagirdlərə nəfis formada hazırlanmış işçi vərəqləri paylandı və verilən tapşırıqları yerinə yetirdilər, indekslər cəmini müəyyənləşdirdilər, formullarda element atomlarının say nisbətini göstərdilər. Vaxt bitdikdən sonra şagirdlər təqdimat işlərini və hazırladıqları məlumatları müdafiə etdilər. Dərs çox canlı və maraqlı keçdi. Bu cür nümunəvi-duet dərslər müəllim-şagird münasibətlərinin, yuxarı sinif şagirdləri ilə orta yaş qrupunda olan şagirdlərin arasında xüsusi ünsiyyət formasının, şagird əməkdaşlığının yaranmasına kömək edir. Sonda dərsin bütün mərhələləri təhlil olundu.