9-cu sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi
Bu gün məktəbimizdə 9-cu sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüşdə valideynlərə buraxılış imtahanları haqqında geniş məlumat verildi, oktyabr ayında keçirilən direktoryanı yoxlama yazı işləri müzakirə olundu. İngilis dili müəllimləri bəzi şagirdlərin fənn üzrə dinləyib-anlama bacarıqlarının qənaətbəxş olmadığını bildirdilər. Digər fənn müəllimləri valideynlərlə görüşərək onları maraqlandıran suallara cavab verdilər. Məktəbin direktoru Rəna Süleymanova buraxılış fənləri üzrə əlavə məşğələlərin sayının daha da artırılacağını, həmin fənlər üzrə monitorinqlərin keçiriləcəyini, risk qrupuna daxil olan şagirdlər üçün xüsusi dərslərin təşkil ediləcəyini bildirdi. Valideynlərə məktəblə, fənn müəllimləri ilə daha sıx əlaqə saxlamaq, dərslərdə iştirak etmək tövsiyə olundu. Sonda valideynlərin sualları cavablandırıldı.