FHN-in Bakı Regional Mərkəzi məktəbimizdə maarifləndirmə tədbiri keçirdi

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 27 noyabr 2018-ci il tarixində məktəbimizdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirdi. Tədbirdə FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları iştirak edirdi. Tədbir zamanı “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112” qaynar xətti” və “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edildi, videoçarxlar nümayiş etdirildi. Sonda şagirdlərin çoxsaylı sualları cavablandırıldı.