"Elektromaqnit sahəsinin canlı orqanizmlərə təsiri" mövzusunda təqdimat müsabiqəsi keçirildi
Bu gün məktəbimizin 9-cu sinif şagirdləri arasında "Elektromaqnit sahəsinin canlı orqanizmlərə təsiri"mövzusunda təqdimat müsabiqəsi keçirildi. Son vaxtlar həyatımızda müasir radioelektron cihazların işlədilməsində tətbiq olunan müxtəlif tezlikli elektromaqnit dalğalarının və eləcə də radiolakasiya sistemlərinin işlədilməsində istifadə olunan yüksək tezlikli elektromaqnit dalğalarının insanlara olan təsirləri daima artmaqdadır. Elə buna görə də təqdimat müsabiqəsi üçün məhz bu mövzu seçilmişdi. Şagirdlər maraqlı slaydlar, video-çarxlar, maketlər, rollu oyunlar hazırlamışdılar. 9ç sinfinin şagirdləri mobil telefon vasitəsilə idarə olunan robot və suda üzən qayıq düzəltmişdilər. Müsabiqə münsiflər heyəti tərəfindən qiymətləndirilirdi. Münsiflər heyətinin yekdil rəyinə əsasən 9ç sinfi I yerə, 9d sinfi II yerə, 9a və 9b sinifləri III yerə layiq görüldülər.