Şagirdlərimiz “Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyasında iştirak etdilər
Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində məktəbimizin şagirdləri 14-17 noyabr tarixində Göygöl rayonuna səfər etdilər. Onlar Heydər Əliyev parkında, Heydər Əliyev mərkəzində oldular, Göygölün tarixi, mədəniyyəti və iqtisadiyyatı haqqında ətraflı məlumat aldılar, parkın ərazisində şam ağacı əkdilər. Sonra onlar Şəmkir rayonunda oldular. Şagirdlərə almanlar tərəfindən tikilən evlər barədə məlumat verildi. Tarixi Diyarşünaslıq muzeyində isə eksponatlar və muzeyin yerləşdiyi kilsə şagirdlərin diqqətini cəlb etdi. Onlar Bayraq meydanından rayonun mənzərəsini seyr etdilər. Səfərdən razılığını bildirən Yasamal rayon məktəbliləri təəssüratlarını bölüşərək ekskursiyalar zamanı Gəncə bölgəsinin özünəməxsus adət-ənənələri,Şəmkir rayonunun xalq tətbiqi sənəti nümunələri, milli mətbəxi, Göygölün əsrarəngiz təbiəti ilə yaxından tanış olduqlarını, yeni dostlar əldə etdiklərini, dünyagörüşünün artdığını söylədilər. Bildirdilər ki, hamısı zəngin təəssüratlarla qayıdıblar. Bütün ölkə gəncləri kimi Yasamal rayonunun məktəbliləri, eləcə də valideynləri böyük əhəmiyyəti olan bu tur-aksiyaya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.