Məktəbdə A(H1N1) qripinə qarşı profilaktik tədbirlər həyata keçirildi

Mikayıl Müşfiq adına 18№ li tam orta məktəbdə A(H1N1) tipli qripə qarşı profilaktik tədbilər aparılır. Yanvar ayının 29-da Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları məktəbə gələrək ümumməktəb dezinfeksiyası apardılar. Fevralın 1-dən etibarən məktəbin həkimi Arzu Qafarova və tibb bacısı Ramidə Həsənova hər gün səhər şagirdləri müayinədən keçirir, onların hərarətini ölçür, ciyərlərinə qulaq asırlar.Texniki işçilər məktəbin sanitar qovşaqlarını, dəhlizləri, sinif otaqlarını xüsusi maddələrlə dezinfeksiya edirlər . Həkim və tibb bacısı gün ərzində siniflər gəzərək, şagirdləri dönə-dönə müayinə edirlər. Baxış zamanı nasaz vəziyyətdə məktəbə gələn şagirdlər valideynlərinə təhvil verilir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi