“Qanun qarşısında bərabərik” mövzusunda dəyirmi masa keçirildi
Bu gün məktəbimizdə 12 noyabr Konstitusiya gününə həsr olunmuş “Qanun qarşısında bərabərik” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada 7-ci sinif şagirdləri iştirak edirdi. Tədbir müəllimlərin şagirdlərə yönəldici sualları ilə başladı. Şagirdlər 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbul olunmasından, konstitusiyaya edilən əlavə və dəyişikliklərdən danışdılar. Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, dönməz iradəsi və gərgin əməyi nəticəsində yaranmış konstitutsiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əks etdirir. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan xalqının maraqlarına xidmət edən sosial-siyasi sahədə Əsas Qanunda əksini tapmış müddəaların reallaşması nəticəsində ölkəmiz daha da qüdrətlənmiş, regionun aparıcı dövlətinə çevrilmişdir.Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.