Bayraq gününə həsr olunmuş silsilə tədbirlər keçirildi
Bu gün məktəbimizdə Bayraq gününə həsr olunmuş silsilə tədbirlər keçirildi. Dərslər Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başladı. Daha sonra bütün siniflərdə dövlət bayrağının yaranma tarixinə həsr olunmuş video-təqdimat nümayiş olundu. Məktəbin 4e “Sağlam təhsil” sinfində “Bayrağımız qürur mənbəyimizdir” adlı ədəbi-bədii kompozisiya təqdim olundu. Sonra Azərbaycan bölməsinin 4-cü siniflərinin birgə təşkilatçılığı ilə “Şəfəqlərdə parlayanım” başlığı altında təntənəli bayram konserti keçirildi. Təqdim olunan kompozisiyada şagirdlər bayrağımıza olan sevgi və ehtiramı, qürur və iftixarı şeirləri ilə çatdırmağa çalışdılar. Bayrağın yaranma tarixindən söz açan 4-cülər ifaları, rəqsləri ilə tədbirə rəng qatdılar. Tədbirin sonunda Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları altında bayraq geyimli qız və əlində üçrəngli bayrağı fəxrlə daşıyan “Əsgər”in səhnəyə gəlişi bütün tədbir iştirakçılarına qürur dolu anlar yaşatdı.