"Ağ diş" əsərinin müzakirəsi keçirildi
Noyabrın 6-da məktəbimizdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı silsilə tədbirlər çərçivəsində Cek Londonun “Ağ diş” əsərinin müzakirəsi keçirildi. Müzakirədə Azərbaycan bölməsinin 7-ci sinif şagirdləri iştirak edirdi. Dünya ədəbiyyatının incilərindən sayılan bu əsəri şagirdlər müxtəlif aspektlərdən təhlil etməyə çalışdılar. Onlar əsərin süjet xəttini, ədəbi üslubunu, əsərdəki obrazları təhlil etdilər, əsər boyu cərəyan edən hadisələrə münasibətlərini bildirdilər. Onlar ayrı-ayrılıqda Boz Qunduz, Skott, Smitt obrazlarını, onların itə olan münasibətini müzakirəyə çıxardılar. Sonra şagirdlər müəllimlərin onlara verdiyi sualları interaktiv şəkildə cavablandırdılar, kitab oxumağın, mütaliənin insan həyatındakı əhəmiyyətini vurğuladılar. Tədbirdə humanitar təmayüllü 10-cu sinif şagirdləri dinləyici qismində iştirak edirdi.