Məktəbimizdə fizika və kimya aylığına start verildi

Noyabr ayı məktəbimizdə fizika və kimya aylığı elan olunmuşdur. Aylıq çərçivəsində dərslərin dinlənilməsi, şagird nailiyyətlərinin monitorinqi, məqbulların keçirilməsi, laborator işlərə, elmi təqdimatlara baxış keçirilməsi, duet dərslərin(müəllim-şagird) təşkili nəzərdə tutulur.

Noyabrın 5-də məktəbimizin 9-cu siniflərində “Müxtəlif mühitlərdə elektrik cərəyanı” mövzusunda təqdimatlara baxış keçirildi. Şagirdlər qruplara bölünərək, qaz, maye,vakuum mühitlərində elektrik cərəyanının keçiriciliyi haqqında təqdimatlar nümayiş etdirdilər. Onlar elektrik cərəyanının yüklü zərrəciklər tərəfindən yarandığını izah etdilər. Şagirdlər müxtəlif mühitlərdə elektrik cərəyanının müxtəlif olduğunu bildirdilər və bunu təcrübələrlə sübut etdilər. Sonda qrupların işi qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi