Riyaziyyat fənni üzrə bilik yarışı keçirildi

    Oktyabrın 31-də 5-ci siniflər arasında riyaziyyat fənni üzrə bilik yarışı keçirildi. Hər sinif 6 nəfərdən ibarət komanda heyəti ilə yarışa qatılmışdı. Yarış 3 turdan ibarət idi. Hər turda komandalara 3 sual verildi. Slaydlarla yığılan məntiqi suallar şagirdlərin xüsusi marağına səbəb oldu. Verilən suallar çətinlik dərəcəsindən asılı olaraq 1,2,3 balla qiymətləndirildi. Ən çox bal yığan 5d sinfi I yerə, 5a sinfi isə II yerə layiq görüldü. 5b, 5c və 5ç sinifləri bərabər bal topladıqlarına görə onlara münsiflər heyəti tərəfindən əlavə suallar verildi. Lakin əlavə suallara da hər 3 komanda düzgün cavab verdiyi üçün onların hər biri III yerə layiq görüldü. Bilik yarışı ümumi orta təhsil səviyyəsinə yenicə qədəm qoyan 5-cilərdə ünsiyyət mədəniyyətinin formalaşmasında, komanda tərkibində oynama bacarıqlarının möhkəmlənməsində, eyni zamanda  məntiqi təfəkkürün inkişafında böyük rol oynadı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi