Təcrübə-sınaq dərsləri davam edir
Oktyabrın 26-da riyaziyyat aylığı çərçivəsində daha iki sinfimizdə təcrübə-sınaq dərsi keçirildi. 5b sinfində “Natural ədədlər üzərində bölmə əməli”, 5ç sinfində isə “Natural ədədlərin müqayisəsi” mövzularında dərslər hazırlanmışdı. 5b sinfində dinləyici kimi iştirak edən 11-ci sinif şagirdləri qrupların bölmə əməlini yerinə yetirərkən çətinlik çəkdiyini gördükdə, onlara yönəldici izahatlar verdilər. 5ç sinfində şagirdlər verilmiş tapşırıqları cütlüklərlə yerinə yetirdilər. Gənc müəllimlər smart lövhələrin imkanlarından istifadə edərək, çox maraqlı tapşırıqlar hazırlamışdılar. Dərslər çox dinamik keçdi. Sonda 5-ci və 11-ci sinif şagirdlərinin rəy və təklifləri dinlənildi. Dərs təhlil olundu, gənc müəllimlərə irad və tövsiyələr bildirildi, gələcəkdə onlara bu şərəfli peşəni seçmək təklif olundu.