“Qoğalın sərgüzəştləri” adlı riyazi nağıl

Oktyabrın 25-də məktəbimizin 5d sinfinin şagirdləri öz müəllimləri Maya Süleymanova ilə birlikdə riyaziyyat aylığı çərçivəsində “Qoğalın sərgüzəştləri” adlı riyazi nağıl hazırlamışdılar. İştirakçılar oynadıqları qəhrəmanların rolunu bacarıqla təqdim etdilər. Nənədən, babadan qaçan qoğal ona verilən riyazi və məntiqi suallara düzgün cavablar taparaq, qarşısına çıxan heyvanlardan qurtula bildi. Bu işdə ona sinif yoldaşları da kömək etdi. Şagirdlər maraqlı mahnılar və rəqslər də hazırlamışdılar. Dərs əyləncəli xarakter daşımaqla yanaşı, riyazi biliklərin möhkəmləndirilməsində də əsaslı rol oynadı.