“Vurma və bölmə əməlləri. Tənliklər” mövzusunda növbəti təcrübə dərsi keçirildi
Bu gün məktəbimizin X sinif şagirdləri Jalə Əkbərova və Qəzənfər Nağızadə “Vurma və bölmə əməlləri. Tənliklər” mövzusunda 5c sinfində növbəti təcrübə dərsi keçdilər. Onlar tədqiqat sualını ekranda göstərdikdən sonra sinfi kiçik qruplara böldülər, hər qrupa işçi vərəqi payladılar. Qrup işinə verilən vaxt bitdikdən sonra qrup rəhbərləri təqdimatlarını nümayiş etdilər, vurma və bölmə əməlinin tətbiqi üzərində qurulmuş məsələ və hesablamaları müzakirə etdilər. Dərsdə vurma və bölmə əməllərinin qarşılıqlı əlaqəsi, çoxrəqəmli ədədləri sütunla yerinə yetirmə, tənlik həll etmə bacarıqları təkrar edildi. Sonda qrupların işi qiymətləndirildi.