Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə maarifləndirici görüş keçirildi

Bu gün məktəbimizdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə maarifləndirici görüş keçirildi. AQTA  qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq məqsədilə yaradılmış orqandır. Agentliyin əməkdaşları qida zəncirinin halqaları, qida  təhlükəsizliyi ,uşaqlar üçün yemək çantalarının hazırlanma qaydası, ümumi gigiyena qaydaları haqqında geniş məlumat verdilər. Onlar “Təhlükəsiz qida ilə sağlam gələcəyə!” devizi altında hazırlanmış təqdimatlar nümayiş etdirdilər, şagirdləri AQTA-nın vəzifəsi olan “tarladan süfrəyə” prinsipi ilə tanış etdilər. Şagirdlər  agentliyin əməkdaşlarına müxtəlif suallar verdilər, suallar ətraflı cavablandırıldı.  Şagirdlərə qida təhlükəsizliyi  ilə bağlı hər hansı bir neqativ halla rastlaşdıqda “qaynar xətt”ə  müraciət etmələri  tövsiyə olundu.

Sonda tədbir iştirakçılarına maarifləndirici bukletlər paylandı.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi