VII sinif şagirdlərinin icbari dispanserizasiyası keçirildi

Bu gün məktəbimizdə VII sinif şagirdlərinin  icbari dispanserizasiyası keçirildi. Uşaqlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması məqsədilə keçirilən bu müayinələr xəstəliklərin ilkin profilaktikasına yönəlmişdi. Şagirdlər hərtərəfli müayinələrdən keçirildi. Ümumi baxışdan əlavə göz, qulaq, boğaz, uşaq cərrahları, stomatoloq, infeksionist mütəxəssislər məktəbimizdə oldular. Uşaqların boyu, çəkisi ölçüldü, laborantlar bəzi şagirdlərə analizlər verməyi tövsiyə etdilər. Prosesin gedişatı zamanı aşkarlanan hər hansı bir şübhə doğuran xəstəlik  həkimlər tərəfindən qeydə alındı  və şagirdlərin valideynlərinə tövsiyələr verildi. Profilaktik müayinələr  digər siniflərdə də aparılacaq.

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi