Müstəqillik Gününə həsr olunmuş “Tariximizi bir yerdə vərəqləyək” adlı tədbir keçirildi

Oktyabrın 18-də məktəbimizdə Müstəqillik Gününə həsr olunmuş “Tariximizi bir yerdə vərəqləyək” adlı tədbir keçirildi. Tədbirin formatı bu dəfə fərqli olsa da, çox maraqla qarşılandı. Tədbiri humanitar təmayüllü sinifdə təhsil alan 10-cu sinif  şagirdləri  aparırdı. Qruplara bölünən 8 və 9-cu siniflər müstəqil yaşamımızın mahiyyətini açmağa çalışdılar. Müstəqillik əldə etməklə Azərbaycan tarixində yeni dövrün başlanğıcından söz açan şagirdlər 1991-ci ilə qədər olan tarixi bir daha vərəqlədilər. Qruplar müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər, onun necə qorunub saxlanılması  ətrafında geniş müzakirələr apardılar, müasir Azərbaycanın  bugünkü inkişafını müxtəlif prizmalardan işıqlandırmağa çalışdılar. Azərbaycanın digər ölkələrlə müqayisəsi də uşaqların fikir mübadiləsindən yan ötmədi. Onlar bu gün Azərbaycanın həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın  qüdrətli dövlətinə çevrilməsini də vurğuladılar.

Tədbirdə iştirak edən müəllimlər də müzakirələrə qoşuldular. Onlar həmin illər şahidi olduqları hadisələrdən danışdılar, şagirdlərə maraqlı suallar verdilər. Tədbirin sonunda Müstəqillik Günü ilə əlaqədar  Yasamal Rayon İcra Hakimiyyətinin sərəncamı ilə məktəbimizin müəllimləri Gülnarə Şabanovaya və Telman Məmmədova fəxri fərmanlar  verildi.

Qoy müstəqilliyimiz daimi, əbədi olsun!

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi