“Rasional ifadələr” mövzusunda təcrübə dərsi keçirildi
Oktyabrın 18-də yuxarı sinif şagirdlərinin riyaziyyat fənni üzrə keçəcəkləri təcrübə dərslərinin ilki baş tutdu. İlk sınaq dərsini 10-cu sinif şagirdi Faiq Ələkbərov verdi. O, 8ç sinfində “Rasional ifadələr” mövzusunda dərs hazırlamışdı. Faiq kvadrat tənliklərin həlli zamanı yaranan çətinliklərin üzərində dayandı, şagirdlərin ən çox yol verdikləri səhvləri ətraflı izah etdi. Sonra o, şagirdlərə hazırladığı testləri payladı. Cavablar müzakirə olundu, yeni dərs möhkəmləndirildi. Şagirdlər gənc müəllimin dərsində çox fəal iştirak etdilər.
Dərs müəllimlər tərəfindən təhlil olundu. Rəy və təkliflər dinlənildi. Sonda Faiq dərs keçməyin, müəllim olmağın nə qədər çətin və məsuliyyətli olduğunu etiraf etdi.
Təcrübə dərslər davam edəcək.