Qrant layihəsi çərçivəsində 9-11 yaşlı şagirdlər üçün interaktiv təlim keçirildi
Oktyabrın 17-də məktəbimizdə "Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi" layihəsi çərçivəsində 9-11 yaşlı şagirdlər üçün interaktiv təlim keçirildi. Əvvəlcə şagirdlər "Oğlanlar və qızlar arasında dostluq" mövzusunu müzakirə etdilər. Sonra onlar oğlanlar və qızlar qruplarına bölünərək, "Dostluq nədir?", "Oğlanlar (qızlar) necə olmalıdır?", "Əsl dostunuzun necə olmasını istərdiniz?" kimi sualları cavablandırmağa çalışdılar. Sonra qruplar öz təqdimatlarını nümayiş etdirdilər, verilən suallara cavab verdilər.
Təlimin məqsədi uşaqlara öz müsbət keyfiyyətlərini aşkara çıxarmaqda kömək etmək, onlarda öz həmyaşıdlarına qarşı pozitiv münasibət formalaşdırmaq, qrupda işləmək vərdişlərini möhkəmləndirmək idi. Təlimi BDU-nun psixologiya kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Aynur Bünyatova aparırdı.