"Məlumatların toplanması və təqdim edilməsi" mövzusunda maarifləndirici dərs keçirildi

Bu gün riyaziyyat aylığı çərçivəsində "Məlumatların toplanması və təqdim edilməsi" mövzusunda maarifləndirmə xarakterli təqdimat müsabiqəsi keçirildi. Təqdimatda 7b və 8b sinifləri iştirak edirdi. 8-ci sinif şagirdləri “Dünyanın ən varlı adamları”, “Top onluğa daxil olan dünya universitetləri”, "Ən çox satılan maşınlar", “Planetlər” mövzularında maarifləndirici təqdimatlar hazırlamışdılar. Təqdimatlarda eyni zamanda riyazi hesablamalar və diaqramlar da yer almışdı. Belə ki, universitetlərin reytinq göstəriciləri, maşınların satış dinamikası, planetlərin Günəşə nisbəti şagirdlər tərəfindən hazırlanmış diaqramda öz əksini tapmışdı. Təqdimatlar 7b sinif şagirdlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilirdi. Münsiflər heyəti bütün təqdimatları dəqiqliklə təhlil edərək, I yeri yekdilliklə “Planetlər” qrupuna verdi. Sonda sinif müəllimi Yeganə Zeynalova və dərsdə iştirak edən müəllimlər şagirdlərə öz məsləhət və tövsiyələrini verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi