“Ekoklub” üzvləri “Yarat” Rəngkarlıq Muzeyində

   Məktəbimizdə fəaliyyət göstərən  “Ekoklub”un üzvləri oktyabr ayının 16-da  “Yarat” Rəngkarlıq Muzeyinin zəngin ekspozisiyası ilə tanış oldular. Dövlət Bayrağı Meydanının ərazisində yerləşən muzey Heydər Əliyev Fondu tərəfindən təsis edilib.

    Məktəbimizin VII-VIII sinif şagirdləri muzeydə XX-XXI əsr Azərbaycan rəngkarlığı ilə tanış oldular. Muzeyin “Əmək, istirahət və xəyallar” adlı ekspozisiyasında görkəmli rəssamlar Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Rasim Babayev, Cavad Mircavadov, Nadir Əbdürrəhmanov və başqalarının keçən əsrin sonlarına aid rəsm əsərləri “Ekoklub” üzvlərinin böyük marağına səbəb oldu. Azərbaycanın rəngarəng təbiətinin ecazkar koloritini əks etdirən tablolar xalqımızın yaxın tarixini yaddaşlara həkk etdi. Azərbaycan ustadlarının gözü ilə canlandırılan təbiət, məişət və əmək səhnələri cəmiyyətin ətraf mühitlə harmonik münasibətinin əhəmiyyətini bir daha nümayiş etdirdi.

   Sonra məktəblilər qruplara ayrılaraq maraqlı interaktiv çalışmanı yerinə yetirdilər. “Şərhçi”lərin izahatını diqqətlə dinləyən “rəssam”lar tapşırıqları həvəslə tablolara köçürdülər. Qısa müddətdə əks olunan rəsmlərdə şagirdlərin yaradıcılıq istedadı və zəngin təxəyyülü nümayiş etdirildi. “Ekoklub” üzvləri xatirə fotoları və zəngin təəssüratlarla Rəngkarlıq Muzeyindən ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi