Oktyabr ayı riyaziyyat aylığı elan olundu
Oktyabr ayı məktəbimizdə riyaziyyat aylığı elan olunmuşdur. Aylıq çərçivəsində riyaziyyat dərslərinin dinlənilməsi, direktoryanı yoxlama işlərinin yazdırılması nəzərdə tutulur. Eyni zamanda yuxarı sinif şagirdləri tərəfindən 5-ci siniflərdə təcrübə dərslərinin keçirilməsi, “Fəza fiqurları”, “Dahi riyaziyyatçılar” mövzularında təqdimat müsabiqəsinin hazırlanması, “Qoğalın sərgüzəştləri” adlı əyləncəli riyaziyyat nağılının, siniflərarası bilik yarışlarının keçirilməsi də planlaşdırılır.
Ötən həftə riyaziyyat dərsləri dinlənildi. Şagirdlərin bilik və bacarıqları qiymətləndirildi. Dərslər müəllimlərin iştirakı ilə təhlil olundu, müəllimlərə tövsiyə və tapşırıqlar verildi.