Şagirdlərimiz təhsil sərgisində oldular

    Oktyabrın 12-də şagirdlərimiz Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən 12-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisində oldular. Sərgi “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirildi. Şagirdlər yeni layihələr və mövcud imkanlarla tanış oldular. Müxtəlif stendlərdə nümayiş etdirilən bukletlərdən məlumatlar əldə etdilər. Sərgidə müxtəlif universitetlərin, yəni ümumilikdə 14 ali təhsil müəssisəsinin  stendləri yer almışdı. Xaricdə təhsil almaq istəyən şagirdlərimiz də öz maraq dairələrinə uyğun universitetlərin təklifləri ilə  tanış oldular. Sərgidə maraq çəkən xarici dil kursları, peşə yönümlü ixtisaslar da yer almışdı. Şagirdlərimiz bu kursların verdiyi imkanlardan yararlanmağa çalışdılar. Xüsusi hazırlanmış səhnədə isə rəqslər və səhnəciklər böyük marağa səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi