Şagirdlərimiz tibbi müayinədən keçirildi
Bu gün məktəbimizin ibtidai sinif şagirdləri tibbi müayinədən keçirildi. Şagirdlərin ağız boşluğunun gigiyenası yoxlanıldı, xroniki tonzillitə meyilli uşaqların boğazı, udlaq və badamcıqlar yoxlanıldı. Şəxsi gigiyenaları, saçları, barmaqları və dırnaqları nəzərdən keçirildi. Uşaqlara ağız boşluğuna qulluq, şəxsi gigiyenaları haqqında məsləhətlər verildi. Müayinələr davam edəcək.