3"e" sinfində "Qoca ata" hekayəsi üzrə maraqlı dərs keçirildi

    09.10.2018-ci il tarixində 3"e" sinfində "Qoca ata" hekayəsi üzrə maraqlı dərs keçirildi. Sinif müəllimi İlhamə Ələkbərova "Valideynlərimizə necə münasibət bəsləməliyik? " tədqiqat sualı ilə sinfə müraciət etdi. Şagirdlər "Biz valideynlərimizə kömək etməliyik. Onlar bizə görə çox işləyirlər, çox yorulurlar. Biz onların nazını çəkməliyik, qayğılarına qalmalıyıq, onlara həmişə xoş sözlər deməliyik" kimi çox səmimi fikirlər səsləndirdilər. Sonra şagirdlər qrup işinə başladılar. Qrupların təqdimatı zamanı milli - mənəvi keyfiyyətlərimiz, ailə dəyərlərimiz haqqında maraqlı fikirlər səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi