“Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” layihəsinin açılış konfransı keçirildi
Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci qrant müsabiqəsində “Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” adlı layihə ilə qalib olmuşdur. 28.09.2018-ci il tarixdə məktəbin akt zalında layihənin açılış konfransı keçirildi. Açılışda layihənin işçi qrupu, iştirakçı məktəblər (283, 246, 214, 150, 17 nömrəli məktəblər), valideynlər, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Namiq Ağayev, Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi, Yasamal Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edirdi. Məktəbin direktoru konfrans iştirakçılarını salamlayaraq, layihə haqqında geniş məlumat vermək üçün sözü psixologiya elmləri doktoru, Elxan Bəylər oğlu Bəylərova verdi. Məruzəçi layihə haqqında çox dolğun və ətraflı məlumat verdi. Daha sonra çıxış edən məruzəçilər cinsi tərbiyə mövzusunun aktuallığından, bu sahədə maariflənmənin nə dərəcədə əhəmiyyətli olduğundan bəhs etdilər, məlumatsızlığın yaratdığı problemlərdən söhbət açdılar. Layihə ərzində görüşlər, seminarlar, interaktiv təlimlər davam edəcək.