"Heç bir ana göz yaşı istəmir! "

    Məktəbimizdə “Sülh aylığı” çərçivəsində “Heç bir ana göz yaşı istəmir!” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada Azərbaycan qadınının sülhün carçısı olduğu xüsusi vurğulandı. Azərbaycan tarixində bugünkü gənc nəsil üçün nümunə olan qadınların olduğu şagirdlərin çıxışlarında öz əksini tapdı. Bu baxımdan dövlətimizin vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sülh, ictimai-siyasi sabitlik və dövlətimizin tərəqqisi naminə göstərdiyi sülhpərvər fəaliyyəti ön plana çəkildi. Dəyirmi masa maraqlı çıxışlarla yekunlaşdı. Məktəbimizin ibtidai sinif şagirdləri məktəbin həyətində çəkdikləri şəkillərdə öz sülh arzularını ifadə etməyə çalışdılar. Onların əlindəki mavi şarlar müharibəsiz səmanı simvolizə edirdi. Sonda şarlar göyə uçuruldu. 

     Qoy həmişə sülh olsun!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi