2-ci qrant müsabiqəsində qalib olduq

    Məktəbimiz Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci qrant müsabiqəsində “Təhsil və maarifçilik xarakterli tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində “Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” adlı layihə ilə qalib olmuşdur. 12.09.2018; 16.09.2018-ci il tarixlərində layihənin işçi qrupunun görüşləri keçirilmiş, müxtəlif məsələlərlə bağlı müzakirələr aparılmışdır. Müzakirədə Azərbaycan Respublikası Təhsil İnstitutunun “Psixologiya və yaş fiziologiyası” şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru Elxan Bəylər oğlu Bəylərov, 18 nömrəli məktəbin direktoru Rəna Tofik qızı Süleymanova, BDU-nun psixologiya kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Aynur Bünyatova, ADU-nun psixologiya kafedrasının baş müəllimi Sevinc Ənvər qızı Əmirova, 18 nömrəli tam orta məktəbin psixoloqu Arzu Elxan qızı Məmmədova, Azərbaycan Respublikası Təhsil İnstitutunun “Psixologiya və yaş fiziologiyası” şöbəsinin böyük elmi işçisi Bahar Bəylərova-Ələkbərova Elxan qızı iştirak etmişlər. Layihə çərçivəsində keçiriləcək “Təhsil müəssisələrində uşaqların cinsi tərbiyəsi” adlı konfransın təşkilati və məzmun məsələləri müzakirə edilərək, son dəqiqləşdirmələr aparılmışdır. Təlimlərdə istifadə olunacaq materiallar bir daha nəzərdən keçirilərək dəqiqləşdirilmiş, istifadə olunacaq vəsaitlər tərtib olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi