“Sonuncu qastrol” adlı son zəng tədbiri keçirildi
İyunun 14-də respublikanın bütün orta məktəblərində olduğu kimi Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə də "Son zəng" tədbiri keçirildi. Tədbirdə rayon ictimaiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və digər ictimai qürumların nümayəndələri iştirak edirdi. “Sonuncu qastrol” adlanan bu tədbir 11-ci siniflərin musiqi sədaları altında səhnəyə dəvət olunması ilə başladı. Məktəbin direktoru Rəna Süleymanova məzunlara öz ürək sözlərini bildirərək, “Son zəng” tədbirini açıq elan etdi. Sonra 11-ci siniflər mahnı və rəqslərlə zəngin olan çıxışlarını nümayiş etdirdilər. Ssenariyə əsasən, film şəklində təşkil olunan bu tədbirin sonuncu bölümü “Vidalaşma” adlanırdı. Bu hissədə şagirdlər yenidən səhnəyə çıxaraq, öz ürək sözlərini, minnətdarlıqlarını, sonsuz məhəbbətlərini məktəbin müdiriyyətinə, müəllimlərə, valideynlərinə bildirdilər. Daha sonra 2017/2018-ci ilin məzunları üçün zəng səsi sonuncu dəfə səsləndirildi. Tədbir şagirdlərin səsləndirdiyi “Azərbaycan” mahnısının ifası ilə tamamlandı.