Birincilərin hesabat konserti

İyunun 13-də məktəbin ibtidai siniflərində dərs ilinin yekunlaşması ilə əlaqədar olaraq təntənəli konsert proqramı keçirildi.  Hesabat xarakteri daşıyan bu tədbirdə balaca şagirdlərimiz  bir il ərzində əldə etdikləri  nailiyyətləri  valideynlərinə , müəllimlərinə və  məktəb müdiriyyətinə nümayiş etdirdilər. Birincilərimiz  müxtəlif tamaşalardan maraqlı səhnəciklər hazırlamış, nağıl personajlarının  obrazlarını canlandırmış, dünya xalqlarının mahnı və rəqslərindən ibarət  maraqlı  bir  konsert  proqramı hazırlamışdılar. Onların gözəl və səlis nitqləri , ifadəli şeirləri, məharətlə yaratdıqları obrazlar  hamı tərəfindən rəğbətlə qarşılandı.  Tamaşa – Konsert  məktəb direktoru Rəna Süleymanovanın uşaqlara və valideynlərə ünvanlanmış təbrikləri  ilə yekunlaşdı. Sonda xatirə şəkilləri çəkdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi