Üzeyir Hacıbəyovun ev-muzeyində
Məktəbimizin 2a sinif şagirdləri 18.05.2018-ci il tarixində Üzeyir Hacıbəyovun ev-muzeyində oldular. Onlar dahi Azərbaycan bəstəkarının həyat və yaradıcılığı haqqında məlumatlarla zəngin olan bu ev-muzeyində geniş informasiya aldılar. Bəstəkarın şəxsi əşyaları və xatirələrlə dolu olan ev-muzeyi şagirdlərdə böyük marağa səbəb oldu. Onlar Üzeyir bəyin opera və operettalarından, romanslarından parçalar dinlədilər. Onun dünya şöhrətli “Koroğlu” operasından üverturaya qulaq asdılar. Şagirdlər dahi bəstəkarın doğulduğu evin maketinə baxdılar. Onlar bəstəkarın digər ailə üzvləri ilə də tanış oldular. Cümhuriyyət dövrünün simalarından olan Ceyhun Hacıbəylinin həyatı ilə də yaxından tanış oldular. “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Ər və arvad” və s. dünya şöhrətli əsərlərinin doğulduğu bu ünvandan şagirdlər böyük təəssüratla ayrıldılar. Sonda şagirdlər xatirə şəkilləri çəkdirdilər.