Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri məktəbimizdə oldular

Mayın 14-də Azərbaycan Turizm və Menecment Universitetinin nümayəndələri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən göndərilən qrafik əsasında məktəbimizdə oldular. Onlar turizm və menecment sahələrinə maraq göstərən və xarici dil biliklərinə malik olan abituriyentlərə universitetləri haqqında məlumat verdilər. Nümayəndələr əvvəlcə tanıtım çarxını  nümayiş etdirdilər, sonra universitetdə fəaliyyət göstərən fakultələr, ixtisaslar, qəbul qaydaları haqqında ətraflı söhbət apardılar və bildirdilər ki, universitet öz məzunlarının işlə təmin olunmasına da kömək edir. Sonda universitetin əməkdaşları şagirdlərin çoxsaylı suallarını cavablandırdılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi