Şagirdlərimiz “Yaşıl şəbəkə” – Ekoklub üzvlərinin III Ekoloji Forumunda iştirak etdilər

 

        Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGIM) tərəfindən 12 may 2018-ci il tarixində “Yaşıl şəbəkə”- Ekoklub üzvlərinin III Ekoloji forumu keçirildi.

Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakultəsinin dəstəyi ilə universitetin akt zalında keçirilən Forumda Bakı şəhəri üzrə 40 orta təhsil məktəblərində fəaliyyət göstərən 2000 Ekoklub üzvləri arasından seçilmiş 400 məktəbli iştirak etdi.

        Forumda Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin “Ekoerudit” Ekoklubun 10 fəal üzvü iştirak etdi. Ekoklubun lideri, 7b sinif şagirdi Səma Balayeva ekoklubun fəaliyyəti barədə təqdimatla çıxış etdi. O, öz çıxışında vətəni, təbiəti sevmək, ətraf mühiti öyrənmək və qorumağın ekoklub üzvlərinin əsas amalı olduğunu qeyd etdi. “Ekoloji yönümlü və enerji effektiv məktəblərin yaşıl şəbəkəsi” layihəsi üzrə məktəbdə keçirilən suya və enerjiyə qənaət, sağlam qidalanmanın təbliğ edilməsi, kağız qırıntısının toplanması, ekoloji təqvim günlərinə aid ekoloji tədbirlər, yaşıl dizayn və yaşıllaşdırma aksiyaları  haqqında məlumat maraqla qarşılandı. Şirvan Milli parkına, Heydər Əliyev Mərkəzinə, İçərişəhər Tarix-Memarlıq Qoruğuna, H.Zərdabi adına Təbiət Tarixi Muzeyinə, Azərbaycan Xalça Muzeyinə ekskursiyalar barədə məlumat verildi. Səma Balayeva Bakı şəhərində Ekoklubların gələcək fəaliyyəti barədə təklifləri də  səsləndirdi.

        Forumun yekununda yeni fəaliyyət planları müzakirə edildi və flashmob təşkil olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi