“День Морковки” adlı musiqili-əyləncəli tamaşa

Mayın 11-də məktəbimizdə “День Морковки adlı maraqlı bir tədbir keçirildi. Tədbir 2d Sağlam Təhsil sinfi tərəfindən hazırlanmışdı. Tədbirdə “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin koordinatoru və işçi qrupu, məktəbin müəllimləri, 2d sinfinin valideynləri iştirak edirdi. Sinif yerkökləri, yaşıl otlar və narıncı şarlarla bəzədilmişdi. Tərəvəz və bostan bitkiləri obrazlarını  yaradan şagirdlər Yerkökünün ad gününə gəlmişdilər. Tədbirin ilk musiqi sədalarından sonra Yerkökü yaşıl və narıncı parçalarla bəzədilmiş arabada səhnəyə daxil oldu. Tamaşanın qəhrəmanları gətirdikləri hədiyyələri Yerkökünə təqdim etdilər. Onlar yerkökünün ilk dəfə nə zaman və harada yaranması, onun keçdiyi inkişaf yolu, faydası və tərkibindəki vitaminlər haqqında geniş məlumat verdilər. Qonaqlara təzə çəkilmiş yerkökü şirəsi təqdim edildi. Sağlam həyat tərzini təbliğ edən bu tədbirdə valideynlər  yerkökündən  salat, tort, kekslər, piroq hazırlamışdılar. 2d sinif şagirdlərinin öz sinif rəhbərləri Ülviyyə Haşimova ilə birlikdə hazırladıqları bu musiqili-əyləncəli tamaşa, şagirdlərin şən mahnı və rəqsləri, yerkökü haqqında topladıqları elmi məlumatlar, informasiyanı təqdimetmə bacarığı hamının böyük marağına səbəb oldu. Sonda xatirə şəkilləri çəkdirildi. Şagirdlərimizin hazırladıqları  “День Морковки” adlı musiqili-əyləncəli tamaşaya  saytımızın videoqalereyasında və ya "Youtube"da https://www.youtube.com/watch?v=weFYPr38kOU   linkə daxil olaraq baxa bilərsiniz. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi