“Qara kağızın xatirəsi” adlı dəyirmi masa keçirildi

Mayın 8-də məktəbimizdə İkinci  Dünya Müharibəsində  faşizm  üzərində qələbənin 73-cü ildönümünə həsr olunmuş  “Qara kağızın xatirəsi” adlı dəyirmi masa keçirildi. Əvvəlcə vətən yolunda canlarını qurban verən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlər  B.Vasilyevin  “Экспонат№...” əsəri əsasında Böyük Vətən Müharibəsində yeganə oğlunu itirmiş ananın mənəvi üzüntülərindən söhbət açdılar. Ana müharibənin elə ilk ilində həlak olan övladından yeganə məktub alır və ömrü boyu həmin məktubun xatirəsi  ilə yaşayır. Zaman keçdikcə onun gözləri tutulur, beli bükülür, lakin həmin yeganə məktub onu həyata bağlayan vasitəyə çevrilir. Şagirdlər  həmin yeganə məktubu səsləndirdilər, müharibələrin törətdiyi fəsadlar haqqında geniş müzakirələr apardılar. Sonda çıxış edənlər işğal altında olan torpaqlarımızın dövlət başçısının rəhbərliyi ilə azad olunacağına və qələbə bayramının Şuşada, Laçında, Xankəndində və digər tarixi məkanlarımızda qeyd ediləcəyinə inandıqlarını bildirdilər.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi