Şagirdlərimiz Qubada

Mayın 2-də Müdafiə Nazirliyi və “İnnovativ Təşəbbüslər” İctimai Birliyinin rəhbərliyi ilə məktəbimizin bir qrup şagirdi Quba şəhərinə ekskursiyaya getdi. Şagirdlərimizi məktəbimizin hərbi rəhbəri Telman Məmmədov müşayiət edirdi. Şagirdlər Quba şəhərinin görməli və tarixi yerləri ilə tanış oldular, Qəşrəşdə, Xınalıqda oldular. Sonra Quba şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə görüş keçirildi. Görüşdən sonra ekskursiya iştirakçıları  İcra Hakimiyyətinin nümayəndələri ilə birlikdə Quba  Soyqırımı Memorial Kompleksini  ziyarət etdilər. Şagirdlər böyük təəssüratlarla geri qayıtdılar.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi