7-ci siniflərdə biologiya fənni üzrə məqbullar keçirildi

        Biologiya aylığı çərçivəsində 7-ci siniflərdə biologiya fənni üzrə müdiriyyətin və valideynlərin  iştirakı ilə məqbullar keçirildi. Şagirdlər əvvəlcədən verilmiş mövzular əsasında məqbullara hazırlaşmışdılar. Onlar sinif yoldaşlarının və öz valideynlərinin qarşısında müəllimlərin verdiyi suallara cavab verir və kiçik məntiqi məsələlər həll edirdilər. Məqbullar şagirdlərin il ərzində əldə etdiyi bilikləri müəyyənləşdirməyə, onların tələffüz və vurğu səhvlərini aradan qaldırmağa kömək etməklə yanaşı, şagirdlərdə öz fikrini sərbəst ifadə etmək, geniş materialın içərisindən ən vacib olanını seçmək, mülahizə yürütmək kimi vərdişləri formalaşdırır. Eyni zamanda valideynlər öz övladlarının zəif nöqtələrini aşkara çıxarır və gələcək mərhələlərdə bunu aradan qaldırmağa çalışırlar. Məqbullarda zəif nəticə göstərən şagirdlərə daha uğurlu nəticə əldə etmək üçün vaxt verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi