Məktəbimizdə canlı guşə

        Biologiya aylığı çərçivəsində məktəbimizdə canlı guşə yaratdıq. Balaca hamsterlər,ağ dovşan, rəngarəng tutuquşları məktəbimizin dəhlizlərini bəzədi. Şagirdlərin sevincinin həddi-hüdudu yox idi. Onlar hər tənəffüsdə canlı guşəyə yaxınlaşır, balaca dostları ilə oynayırdılar. Uşaqlar heyvanları kök, xiyar, alma, kələm ilə yedizdirir, onların hərəkətlərini maraqla müşahidə edirdilər. Biologiya müəllimləri gəmiricilər, quşlar, ev heyvanları  haqqında, onların həyat tərzi, qidalanması və çoxalması barədə şagirdlərə geniş məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi