“Vətənimizin tarixi məkanları” mövzusunda dərs-ekskursiya keçirildi

Aprelin 23-də 3d sinfinin şagirdləri müəllimləri Qaragözova Nərminə  və valideynləri ilə  birlikdə “İçərişəhər” milli-tarixi qoruğuna ekskursiyaya getdilər. Məqsəd “Vətənimizin tarixi məkanları” mövzusunda keçirilən dərsi “Anlayışın çıxarılması”metodu ilə geniş təhlil etmək idi. Əvvəlcə şagirdlər  əfsanəvi  “Qız qalası”nı, daha sonra “Şirvanşahlar sarayı” və “Miniatür kitablar” muzeyini ziyarət etdilər. İçərişəhərin küçələrini gəzərkən, onlar tarixi məscidlər, qədim hamamlar,  köhnə evlər, “Karvansaray” kompleksi və qədim “Bazar meydanı” ilə tanış oldular. Şagirdlər mövzu haqqında ətraflı məlumatlar əldə etdilər və öyrəndikləri  informasiyanı sinif yoldaşları ilə paylaşdılar. Şagirdlər ekskursiya zamanı apardıqları qeydləri və əldə etdikləri məlumatları dərs zamanı “Karusel” metodunun köməyi ilə qrup halında izah etməyə çalışdılar və ətraflı müzakirələr apardılar. “Vətənimizin tarixi məkanları” mövzusunun bələdçilər tərəfindən əyani faktlarla izahı şagirdlərin  böyük marağına səbəb oldu və onlar tariximizi qorumağın nə qədər vacib olduğunu daha dərindən dərk etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi