Ətraf-mühitin qorunması mövzusunda Alman-Azərbaycan layihəsi həyata keçirildi

Bakı şəhəri Yasamal rayonunda yerləşən 18№ li məktəb Almaniyanın tanınmış Höte Universiteti ilə birgə "Pach-Schulender Welt", yəni “Gələcəyin partnyor məktəbləri layihəsində” iştirak etmişdir. Höte Universiteti dünyada məşhur universitetlərdəndir və alman dilinin və tədrisinin yayılmasını həyata keçirir. Bu layihə çərçivəsində bizim məktəbin şagirdləri hər il alman dili fənnindən imtahanlar verir, verilən imtahanların nəticəsində Tbilisi və Almaniyada kurslar keçmək şansını əldə edirlər. Bu ilin sentyabr ayında məktəbimiz Gürcüstanın Tbilisi şəhərində Höte Universitetinin təşkil etdiyi “Vesnetzt fun Nacheaetighut” adlı konfransda iştirak etdi. Əsas məqsədi ətraf mühitin qorunması və daim nəzarətdə saxlanılmasına, bizi əhatə edən dünyanın gələcək nəsillərə ekoloji baxımdan təmiz ötürülməsinə həsr olunan bu konfransda şagirdlər öz çıxışları və slayd-şouları ilə iştirak etdilər. Sonradan məktəbimizin 6d sinfi “Təmiz hava gələcəyin qarantıdır” layihəsində iştirak etdilər. Məktəbin alman dili müəllimləri Əhmədova Səkinə, Şıxsadıqova Oksana gül-çiçək və ağacların əkilməsində şagirdlərə yaxından köməklik göstərdilər. Layihə uğurla həyata keçirildi. Layihənin əsas məqsədi şagirdlərə hələ uşaq yaşlarından təbiəti sevib qorumaq, onu müxtəlif çirkablardan təmizləmək və sağlam həyat tərzini təmin etmək vərdişlərini aşılamaqdan ibarətdir. Layihənin bütün görüntüləri Höte Universitetinə göndərildi, şagirdlər və müəllimlər Gürcüstanda keçirilən növbəti konfransa dəvət aldılar. Məktəbdə keçirilən layihə də almanlar tərəfindən uğurla qarşılandı, şagirdlər və müəllimlər mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi