Hər il keçiriləcək idman yarışlarının ənənəsi qoyuldu
Dekabr ayından başlayaraq M.Müşfiq adına 18№li tam orta məktəbdə Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş siniflərarası idman yarışlarına start verildi və şagirdlər böyük həvəslə bu yarışlara qatıldılar. Şagirdlərin fiziki sağlamlığı , psixoloji dayanıqlılığı və fənnin nəaliyyətlərinin yüksəldilməsinə xidmət edən Tops proqramı layihəsi çərçivəsində keçirilən bu yarışlar hamı tərəfindən böyük rəğbətlə qarşılandı. Müxtəlif estafet və spartakiadalar keçirildi. Komandalar münsiflər heyəti tərəfindən qiymətləndirildi. 1/8, 1/4, yarımfinal və final mərhələsində iştirak edən komandalar münsiflər tərəfindən qiymətləndirildi və kuboklarla təltif olundu. Bu yarışlar şagirdlərdə yüksək ruh və həvəs yaradaraq fiziki tərbiyə fənninə marağı daha da artırdı.