Sağlam həyat naminə ətraf mühiti birlikdə qoruyaq!

        Bu gün məktəbimizdə ekoklub üzvlərinin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşlarının və  məktəbin müəllimlərinin iştirakı ilə   məktəbin həyətində  “22 aprel- Beynəlxalq Yer kürəsi günü”nə həsr olunmuş yaşıllaşdırma aksiyası keçirildi. Dünyanın 141 ölkəsində qeyd olunan “22 aprel- Beynəlxalq Yer kürəsi günü”nə qoşulan gənc ekoloqlar Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və SOCAR tərəfindən məktəbə hədiyyə olunmuş sərv ağaclarını, rozmarin, ruskus, yukka kollarını və süsənlərı məktəbin həyətində, dibçəklərdə əkdilər. Onlar həvəslə əkdikləri ağacları suladılar, torpaq sahəsini alaqlardan təmizlədilər. Şagirdlər ilboyu bu ağaclara qulluq edəcək, onları artıraraq  ətraf mühitin sağlamlaşdırılmasına töhfə edəcəklər.

        Sonda xatirə şəkilləri çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi