“Sağlam həyat- sağlam gələcək!” mövzusunda ekoloji tədbir

        Aprelin 20-də məktəbimizdə biologiya aylığı çərçivəsində  22 aprel -Beynəlxalq Yer gününə həsr olunmuş dəyirmi masa və yaşıllaşdırma aksiyası keçirildi. Tədbirdə  məktəbin direktoru Rəna Süleymanova, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini, b.ü.f.d. Lalə Dadaşova, əməkdaşı Beyrək Həsənov, məktəbin müəllimləri, “Ekoerudit” ekoklubun üzvləri, 6-cı və 7-ci sinif şagirdləri iştirak etdilər.

        Ekoklub üzvlərinin hazırladığı “Sağlam həyat-sağlam gələcək!” mövzusunda təqdimat müasir dövrdə hamını narahat edən ətraf mühit və sağlamlıq problemlərinə həsr olunmuşdu. Ətraf mühitin ekoloji problemlərinə, səs-küyün, tozun, elektromaqnit şüalanmasının, müxtəlif çirkləndiricilərin insan sağlamlığına təsirinə aid çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən keçirilən “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsinə qoşulan məktəbin ekoklub üzvləri enerjiyə və suya qənaət, yaşıl dizayn, yaşıl bufet, kağız tullantıların təkrar istifadəsi nominasiyaları üzrə görülən işlər barədə hesabat verdilər. Məktəblilər “7 aprel-Ümumdünya Sağlamlıq günü” və “22 aprel-Beynəlxalq Yer günü” haqqında məlumat verərək, sağlam ətraf mühitin yaradılmasında yaşıl bitkilərin rolunu xüsusi qeyd etdilər.

         7b və 7ç sinif şagirdlərinin ifasında “Sağlam qidalanma” və “Zərərli vərdişlərə yox deyək!” adlı ekoloji səhnəciklərdə incə yumor və düşündürücü süjet vasitəsilə insan sağlamlığının mənfi təsirlərdən qorunmasının, ekoloji təmiz qida məhsullarından istifadənin əhəmiyyətinin  təbliğ edilməsinə yönəldilmişdir. Dəyirmi masanın yekununda Azərbaycan meşələrinə, biomüxtəlifliyə həsr olunmuş dərsliklər və metodiki vəsaitlər qonaqlar tərəfindən məktəbin kitabxanasına hədiyyə edildi. Eyni zamanda Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən məktəbə "Şərqin səhəri" adlı nadir qızılgül kolu hədiyyə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi