“Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici seminar keçirildi.

Aprelin 19-da məktəbimizdə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici seminar keçirildi. Tədbirdə Yasamal rayon Polis İdarəsinin rəisi, polis polkovniki İsfəndiyar Mehbalıyev, Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov , Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis mayoru Anar Süleymanov, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rəhman İsmayılov , Yasamal rayon Polis İdarəsinin digər əməkdaşları iştirak edirdi.

Məktəbin direktoru Rəna Süleymanova qonaqları salamlayaraq, sözü Yasamal rayon Polis İdarəsinin rəisi, polis polkovniki İsfəndiyar Mehbalıyevə verdi. İsfəndiyar Mehbalıyev  narkomaniyanın  beynəlxalq  ictimaiyyəti ən çox narahat edən məsələlərdən biri olduğunu qeyd etdi və bu dəhşətli xəstəliyin qlobal fəlakətlərə gətirib çıxaran nəticələri haqqında məlumat verdi. O qeyd etdi ki, narkomanların böyük əksəriyyəti yeniyetmələrdir. Narkomaniya xəstəliyinə düçar olanlar narkotik vasitələri əldə etmək üçün  cinayət  törətmək məcburiyyətində qalırlar. Narkotik vasitələrdən asılılıq bir çox virus xəstəliklərinin, o cümlədən hepatit “C” və QİÇS-in yayılmasına da gətirib çıxarır, ailələr dağılır, fiziki qüsurlu uşaqlar dünyaya gəlir.

Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis mayoru Anar Süleymanov isə qeyd etdi ki, artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. O, şagirdlərə ehtiyatlı olmağı, düşünülməmiş addımlar atmamağı, çox məsuliyyətli olmağı, özlərində güclü iradə formalaşdırmağı tövsiyə etdi.

Sonda şagirdlərə narkomaniyanın acı fəsadlarını əks etdirən video-çarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi