Şagirdlərimiz “Mənim rəfim” mövzusunda  esse yazdılar

Aprelin 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində “Oxu həftəsi”nə start verilib.

“Oxu həftəsi”nin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.

Bu gün məktəbimizdə “Oxu həftəsi” çərçivəsində 6,7,8-ci sinif şagirdləri “Mənim rəfim” mövzusunda  esse yazdılar. Onlar öz kitab rəfləri, həmin rəfdəki kitablar, sevdikləri əsər və qəhrəmanlar haqqında öz fikirlərini bildirdilər. 6-cı sinif şagirdi Abbasova Samirə öz kitab rəfini “Mənim əziz dolabım” adlandırdı. 7-ci sinif şagirdi Kənan Abdullayev çoxlu kitabları olduğunu və onları tapmaq üçün xüsusi nömrələmə sistemindən istifadə etdiyini bildirdi. 8-ci sinif şagirdi Mirzəyev Rəşad öz kitablarını bölmələr üzrə yığdığını və oxuduğu kitabları valideynləri ilə müzakirə etdiyini bildirdi. 6a sinif şagirdi Əliyev Musa öz essesində yazır:"Mən öz rəfimi çox, amma çox sevirəm. O, mənim üçün çox əzizdir. Çünki bu rəfi atamla birlikdə hazırlamışam".

Esselər 10 ballıq sistemlə qiymətləndiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi