Qobustan və ya hər şey nədən başlandı

Aprelin 7-də məktəbimizin 3d sinif şagirdləri  sinif rəhbəri Nərminə Qaragözovanın və valideynlərinin iştirakı ilə ekskursiyada oldular.  Ekskursiya “Qobustan və ya hər şey nədən başlandı” başlığı altında keçirilirdi və tarixi-bədii qoruq haqqında daha geniş informasiya əldə edilməsinə yönəldilmişdi. Ekskursiyadan öncə şagirdlər qoruq haqqında bildiklərini klaster üsulu ilə sxemdə yerləşdirdilər, sonra isə əlavə məlumatlar toplayaraq şaxələnmə metodu ilə klasteri genişləndirdilər. Daha sonra şagirdlər klasteri BİBÖ üsulu ilə zənginləşdirmək üçün Qobustan dövlət  tarixi-bədii qoruğuna ekskursiyaya yollandılar.  Ekskursiyadan böyük təəssüratlarla qayıdan şagirdlər aprelin 9-da əldə etdikləri yeni məlumatları BİBÖ üsulunun “Öyrəndim” hissəsində yazdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi