Tariximizin Aprel səhifəsi
Aprelin 4-də məktəbimizdə Aprel döyüşlərinə həsr olunmuş böyük tədbir keçirildi. Tədbir məktəbin 5-11-ci siniflərini əhatə etməklə, eyni vaxtda, mütəşəkkil şəkildə məktəbin akt zalında, muzeydə və tarix kabinetində keçirildi. Tədbiri giriş sözü ilə açan hərbi rəhbər Telman Məmmədov 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən hərbi münaqişə, Aprel döyüşlərinin başlanması, döyüşlərin hansı istiqamətdə aparılması və geri qaytarılan strateji obyektlər barədə məlumat verdi. Sonra şagirdlərə Aprel hadisələrinin mahiyyət və əhəmiyyətini əks etdirən video-çarx nümayiş etdirildi. Şagirdlər tarixə “Dördgünlük müharibə” kimi daxil olmuş Aprel döyüşlərində Azərbaycan xalqının həmrəyliyinin, Azərbaycan gənclərinin qəlbindəki vətən sevgisinin, mübarizə əzminin şahidi oldular. Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, ordumuzun peşəkarlığını, ciddi nizam-intizamı, yüksək səviyyədə təchizatı, şəxsi heyətin ruh yüksəkliyini əks etdirən bu video-çarx şagirdlərimizdə böyük təəssüratlar yaratdı. Sonda məktəbimizin ingilis dili müəlliminin hazırladığı video-klip nümayiş etdirildi.