“Ekoklub” üzvlərinin Azərbaycan Xalça Muzeyinə ekskursiyası
Martın 2-də məktəbimizin 6-7-ci sinif şagirdlərindən ibarət “Ekoerudit” ekoklubunun üzvləri Azərbaycan Xalça Muzeyində ekskursiyada oldular. 1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi adlandırılan muzey 2014-cü ildən Azərbaycan Xalça Muzeyi adlanır.
“Ekoklub” üzvləri Xalça Muzeyinin əsrlərin yadigarı olan zəngin ekspozisiyası ilə tanış olaraq xalqımızın milli – mənəvi dəyərlərinin əks etdirən qədim sənət əsərləri haqqında ətraflı məlumat aldılar. Azərbaycanda xalçaçılıqla hələ tunc dövründən b.e.ə. II minillikdə məşğul olunduğu bildirildi. Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbrizin klassik xalça məktəblərinə məxsus olan xalçalar öz kompozisiya və ornamentinə görə diqqəti cəlb etdi. Bələdçini maraqla dinləyən məktəblilər təbiət mənzərələrini, adət-ənənənələri, qədim məişət səhnələrini, dahi Azərbaycan klassiklərinin əsərlərini canlandıran xalçaların misilsizliyi haqqında biliklərə yiyələndilər. Xüsusilə də əsrlərin soldura bilmədiyi xalçaların rəng palitrasında istifadə olunan boyaq bitkiləri haqqında məlumat “Ekoklub” üzvlərinin böyük marağına səbəb oldu.
Məktəblilər zəngin təəssüratlar və xatirə fotoları ilə muzeydən ayrıldılar.